SUYUN EKOLOJİ PROBLEMLƏRİ
Bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli məqsədi ilə də ölkədə bu gün də ardıcıl ekoloji siyasət yürüdülür. Azərbaycanın inkişafına hədəflənmiş səmərəli dövlətçilik siyasəti, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Su Yer kürəsindəki bütün canlıların yaşaması üçün lazımdır. O, bütün canlıların bədənində var və heç bir canlı susuz yaşaya bilmız. Bitkilərin böyüməsi, heyvanların qidalanması suyun iştirakı ilə baş verir. Su bir çox canlılar, məsələn, balıqlar üçün yaşayış yeridir. İnsan bədəninin çox hissəsini su təşkil edir. Su insanın həyatında çox böyük rol oynayır.İnsan sudan elektrik enerjisi alır ,su ilə bitkiləri suvarır. O, suda yaşayan canlılardan ərzaq kimi istifadə edir və özü də çoxlu miqdarda su qəbul edir. Bir nəfərin normal yaşaması üçün gündə 300 litrə yaxın su lazımdır. İnsan yemək yemədən 40 günə qədər yaşaya bilər. Susuz isə 3 gündən artıq yaşamaq olmaz. Görəsən, su Yer kürəsində haradan əmələ gəlmişdir? Bu syala cavab vermək çətindir.Güman edirlər ki, Yerin səthinə suyun çox hissəsi onun daxilindən–mantiyadan ayrilmışdır. Səthə çıxan su milyon illər ərzində yığılaraq okeanları və dənizləri əmələ gətirmişdir.SU VƏ ONUN ƏHƏMİYYƏTİ ::: BUNLAR MARAQLIDIR• Yer kürəsidə olan suların cəmi 3 faizi içmək yararlıdır.
• İnsanın göz yaşının tərkibi dəniz suyunun tərkibinə çox yaxındır. Bu onu sübut edir ki, Yer kürəsində həyat ilk dəfə dənizlərdə yaranıb.• Hətta susuzluğa ən dözümlü canlılarda su içir. Uzun müddət susuz yaşamağı bacaran dəvə bir dəfəyə 250 litr su içir.• Dünyanın içməli su ehtiyatının əsas hissəsı Antarktida buzlaqlarındadır.• Kosmik gəmilərdən çəkilmiş fotoşəkillərdə Yer mavi rəngli kürəyə bənzəyir.• Ağcaqayın ağacı bir sutkada 1000 litr qədər su buxarlandırır.
• Atmosferdəki su buxarı Günəşdən gələn şüaların çox hissəsini yerə buraxır .Lakin Yerdən gedən istiliyi geriyə buraxmır.• Yerin su təbəqəsi hava təbəqəsi ilə müqaisədə 3100 dəfə çox istilik saxlaya bilir.• Su təkcə Yer kürəsində yox ,həm də kosmosda var.Kosmosdakı su buz və buxar halındadır.
• Mars planetində su buz halında tapılmışdır.Su planetimizdə ən geniş yayılmış maddədir. Yer kürəsi səthinin 3\4 hissəsini su tutur. Su rəngsiz mayedir.Yerin səthində elə bir yer yoxdur ki, orada az da olsa su olmasın. Ucsuz-bucaqsız okeanlar, dənizlər, saysız-hesabsız çaylar və göllər başdan-başa sudur. Yerin daxilində və havada da çoxlu miqdarda su var. Günəş sisteminin heç bir planetində Yerdəki qədər su yoxdur.

Комментариев нет:
Отправить комментарий