
Mirzə Şəfi Vazeh adına 16 №-li tam orta məktəb (https://www.facebook.com/pages/GENCE-16-Mekteb/1508990676054895?ref=aymt_homepage_panel) 1968-ci ildən fəaliyyət göstərir. 1360 yerlik olan məktəbdə 1589 şagird təhsil alır. Məktəbdə 187 müəllim, 6 rəhbər və 13 nəfər tədris-köməkçi heyəti olmaqla 206 işçi fəaliyyət göstərir.
Məktəbi əvvəlki illərdə bitirmiş şagirdlərdən torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 5 nəfər məzun var. Onlar: Qurbanov Mübariz Ağəmməd oğlu, Məmmədov Bayram Fəxrəddin oğlu, Kazımov Oktay Çingiz oğlu, Adığözəlov Müşfiq Həsən oğlu, Məhərrəmov Müşfiq Müzəffər oğludur.
2010-2011-ci dərs ilində məktəbi 101 məzun bitirmiş, onlardan 92 nəfər ali məktəblərə iş təqdim etmiş, 44 nəfər ali məktəblərə qəbul olunmuşdur, 126 nəfər 9-cu sinfi bitirmiş, onlardan 18 nəfəri orta ixtisas məktəblərinə, 4 nəfər peşə məktəblərinə, 1 nəfər peşə liseylərinə, 2 nəfər axşam məktəblərinə qəbul olunmuşdur. Bundan başqa 2 şagird Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daxil olmuşdur. Məktəbdə əlaçı şagirdlər və öz üzərlərində daima çalışan kadrlar çoxdur. Belə ki, istər məktəbdaxili, istərsə də şəhər məktəblərarası olimpiada və tədbirlərdə iştirak edərək yüksək nəticələr göstərmişlər.
2011-2012-ci dərs ilində məktəbi 105 nəfər məzun bitirmiş, onlardan 95 nəfər attestat almış, 53 nəfər ali təhsil müəssisələriunə daxil olmuş, 5 nəfər 500 baldan yuxarı, 3 nəfər 600 baldan yuxarı nəticə göstərərək respublikanın ali təhsil müəssisələrinə daxil olmuşlar. 9-cu sinfi 148 nəfər bitirmiş, onlardan 8 nəfər orta ixtisas məktəblərinə, 1 nəfər peşə məktəbinə, 3 nəfər isə müxtəlif kurslara qəbul olunmuşdur. 1 şagird Səlimov Taleh Telman oğlu 283 bal toplayaraq Türkiyə Hərbi Liseyinə daxil olmuşdur.
2012-2013-cü dərs ilində məktəbi 77 nəfər məzun bitirmiş, onlardan 77 nəfər attestat almış, 30 nəfər respublikanın, 1 nəfər Rusiyanın, 1 nəfər isə Türkiyənin ali təhsil müəssisələrinə daxil olmuş, 3 nəfər 600 baldan yuxarı, 3 nəfər 500 baldan yuxarı nəticə göstərərək respublikanın ali təhsil müəssisələrinə daxil olmuşlar. 9-cu sinfi 134 nəfər bitirmiş, onlardan 134 nəfər şəhadətnamə almış,
onlardan 8 nəfər orta ixtisas məktəblərinə, 1 nəfər peşə məktəbinə, 3 nəfər isə müxtəlif kurslara qəbul olunmuşdur. 4 şagird C.Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur.
Şəhər üzrə “Xəmsə” intellektual yarışmasında məktəb birinci yeri tutmuş, rayonlar arasında keçirilən yarışmada isə II yerə layiq bilinmişdir.
2013-2014-cü dərs ilində məktəbi 115 nəfər məzun bitirmiş, onlardan 115 nəfər attestat almış, 58 nəfər respublikanın, 3 nəfər Gürcüstanın ali təhsil müəssisələrinə daxil olmuş, 10 nəfər 600 baldan yuxarı, 8 nəfər 500 baldan yuxarı nəticə göstərərək respublikanın ali təhsil müəssisələrinə daxil olmuşlar. 9-cu sinfi 135 nəfər bitirmiş, onlardan 135 nəfər şəhadətnamə almış, onlardan 6 nəfər orta ixtisas məktəblərinə, 3 nəfər peşə məktəbinə, 1 nəfər isə müxtəlif kurslara qəbul olunmuşdur. 2013-2014-cü dərs ilində məktəb şəhər üzrə “Kim, harada, necə” yarışmasının qalibi olmuş, “Breyn-rinq” intellektual yarışmasında respublika birinciliyində iştirak etmiş, yaxşı oyun nümayiş etdirdiklərinə görə mükafatlandırılmışlar.
2014-2015-ci dərs ilində məktəbin 4 nəfər şagirdi 600-dən yuxarı bal toplamış, ümumi məktəb üzrə 43 nəfər ali təhsil müəssisələrinə daxil olmuşlar. 2015-ci ildə məktəbimiz Prezident İlham Əliyevin fərmanı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
2014-2015-ci dərs ilində məktəbin 4 nəfər şagirdi 600-dən yuxarı bal toplamış, ümumi məktəb üzrə 43 nəfər ali təhsil müəssisələrinə daxil olmuşlar. 2015-ci ildə məktəbimiz Prezident İlham Əliyevin fərmanı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin məzunu, “Spartak” idman cəmiyyətinin Gəncə şəhər şurasının yetirməsi Rüfət İlham oğlu Hüseynov Çində keçirilən yeniyetmələr arasında II Yay Olimpiya oyunlarında boks üzrə Olimpiya çempionu olmuş və qızıl medal qazanmışdır.
Hazırda bu günlərdə şəhər üzrə keçirilmiş “Xəmsə” intellektual yarışmasında da şəhər üzrə birinci yer tutmuşdur.
Комментариев нет:
Отправить комментарий