ANA SƏHİFƏ

İntel təliminin 1-ci günü

Modul:1

İTE təşkil etdiyi  "İntel-Gələcək üçün təhsil" təlim kursunun ilk günü maraqlı oldu. Təlimin bu günü yeni tanışlıqlar və araqlı məlumatlarla yadda qaldı. Təlimçilərimiz Səadət müəllimə və Asiman müəllim təlim haqda ətraflı məlumat verdilər. Təlimdə VEB2 alətlərindən istifadə edəcəyik. Mənim gmail ünvanım mövcud olduğu üçün yeni elektron ünvan yaratmadım.  Əvvəllər br neçə bloqum mövcud olsa da yeni bloq yaratdım. Blog- bir VEB2 alətidir, on-line çıxışı var. O,  müxtəlif informasiyanı, fikirləri, məlumatları, hiper əlaqələri özündə saxlayan veb-saytdır. Bloglar internet istifadəçıləri arasında geniş yayılmışdır, ona görə də işləyəcəyimiz layihəni blogda yerləşdirərək, onu daha geniş auditoriyaya təqdim edə biləcəyik. Bloqun ən böyük üstünlüyü isə ondan ibarətdir ki, geniş oxucu kütləsini əhatə edərək, müəllimlərin informasiyanı daha aydın və geniş şəkildə təqdim etməsinə imkan yaradır.



İntel təliminin 2-ci günü

Modul: 2



Təlimin ikinci günü başa çatdı.Bu gün İntel kursunun əsas vəzifəsi haqda danışdıq. İntel kursunun əsas vəzifəsi - sagirdlərdə XXI əsr bacarıqlarını və yüksək səviyyəli düşüncə vərdişlərini formalaşdırmaqdır. XXI əsrin bacarıqlarına qarşıya çıxan problemləri həll edə bilmək, inteqrasiya, İKT-dən istifadə, araşdırma, sintez kimi keyfiyyətlər daxildir. 


Bu gün də çox maraqlı oldu. Yeni məlumatlar əldə etməklə yanaşı, müzakirələr zamanı səhvlərimiz üzərində də işlədik. Hər müəllim öz fənninə uyğun təməl, mövzu və məzmun sualları tərtib etdi.




İntel təliminin 3-cü günü 

Modul: 3-4



limin 3-cü günü başa çatdı.Bu gün layihə mövzularının müzakirə etdik. Müzakirələr mənimçün faydalı oldu. Belə ki, müzakirələr zamanı öz müəllim yoldaşlarımın fikirlərini dinlədim, öz fikirlərimi bildirdim. Bu fikir mübadiləsi nəticəsində öz seçimimi dəqiqləşdirdim, araşdırmaların istiqamətini müəyyənləşdirdim.  Daha sonra layihə mövzusu ilə əlaqədar standartların seçilməsi, standartlardan məqsədlərin çıxarılması ilə məşğul olduq. İstədiyimiz nəticəni tez əldə etmək üçün standartlardan istifadə etmək vacibdir. Tədrisin məqsədini və təlimdən gözlədiyimiz nəticələri müzakirə etdik. Niyə məhz bu layihə mövzusunu seçdiyimiz, layihənin sonunda şagirdlərdən gözlədiyimiz nəticələr haqda fikir mübadiləsi apardıq. Qruplar yaratdıq, hər bir qrupa layihəyə uyğun ad verməklə qrup üzvlərinin vəzifələrini müəyyənləşdirdim. Bu haqda daha ətraflı da danışmaq olardı, lakin mən layihəni uğurla başa vurmaq üçün şagirdlərinlə görüşə tələsirəm. Hər kəsə uğurlar!








İntel təliminin 4-cü günü  

Modul: 5


Təlimin 4-cü günü başa çatdı. Bu gün biz təlim layihəsinin əsas suallarına bir daha nəzər saldıq.  Layihənin  uğurlu alınması təməl, mövzu, məzmun sualların düzgün seçilməsi ilə birbaşa bağlıdır. Sual verməyi bacarmaq hər bir tədqiqatçı üçün vacibdir. Suallar problemin həlli üçün açar rolunu oynayır. Şagirdlər verilən sualların cavabını axtararaq tədqiqata başlayırlar, bu onlarda təfəkkürü, təxəyyülü inkişaf etdirir, tədrisə marağı stimullaşdırır, onlarda yüksək düşüncə vərdişləri formalaşdırır. Biz əvvəlcə təməl, mövzu və məzmun suallarının bir-birindən nə ilə fərqləndiyini öyrəndik.Təməl sual - konkret cavabı yoxdur, genişdir, mövzu və fənn məlum deyil. Təməl sual müxtəlif fənlər, dərsin ayrı-ayrı mövzuları arasında əlaqə qurur. Məsələn, eyni bir təməl sualla müxtəlif tədqiqatçı onu öz sahəsinə tətbiq etməklə işləyə bilər. Yalnız bir təməl sual kifayətdir.Mövzu sualları və ya tematik suallar fənnin konkret mövzusu ilə bağlı olub, təməl sualı dəstəkləyir, onu davam etdirir, açır. Mövzu sualı layihənin hansı fənnə aid olduğunu, nədən bəhs etdiyini göstərir. Hər bir araşdırma istiqamətinə bir mövzu sualı qoyulmalıdır. Şagird mövzu sualına birbaşa cavab verə bilməməlidir, yalnız tədqiqatdan sonra sualın cavabı tapılmalıdır. Bir sözlə, mövzu sualları şagirdləri tədqiqata həvəsləndirməlidir. Məzmun sualları konkret və dəqiq cavabı olan suallardır. Məzmun sualları bilik əldə etmək üçündür, şagirdlər bu biliklər əsasında ətraf aləmi öyrənir, bu bilikləri tətbiq etməklə tədqiqat aparırlar. Mövzu sualı sanki diaqnostik qiymətləndirməni xatırladır. Şagirdlərin layihə ilə bağlı ilkin biliklərini üzə çıxarmağa kömək edir. parılan müzakirələr təməl, mövzu və məzmun suallarına yenidən qayıdaraq bir daha dəqiqləşdirmələr aparmamıza yardımçı oldu. 


İntel təliminin 5-ci günü


Modul:6-7


Yönləndirici sualları və əsas məqamlarını nəzərdən keçirdik və şagirdin tədrisini yaxşılaşdırmaqda bizə kömək etmək üçün sinifdə, dərsdə və ya planlaşdırma zamanı istifadəsi mümkün ideyalar və materiallar haqqında düşünüb müzakirələr apardıq. 

"
  • Əsas suallar şagird tətqiqatına necə kömək edə bilər?" sualı ətrafında geniş müzakirə keçirdik. Müzakirələrdə qara və ağ aponent seçildi. Təlimçilərimiz Sadət müəllimə və Asiman müəllim müəllimlərin fikirlərinə hörmətlə yanaşır, hər birimizi doğru istiqamətə yönəldirdilər. Təlim o qədər maraqlı keçirdi ki, hətta çay fasiləsi zamanı da müzakirələr aparır, maraqlı fikirlər əldə edirdik.



İntel təliminin 6-cı günü


Modul:8

Əvvəllər WEB 2 alətlərinin bəziləri haqqında məlumatım olsa da bu modulda mənimçün yeni olan WEB 2 alətlərlə də tanış olduq və bu proqramların imkanlarından istifadə etdik. Mənim fikrimcə online WEB 2 alətləri müəllimlərə daha geniş imkan yaradır ki, internet olan mərkəzlərdə tədris etdikləri fənnə uyğun təqdimatlarını hazırlasınlar. Bu imkanlar hər bir müəllim üçün çox effektlidir. Tək müəllim üçün deyil, WEB alətlərdən istifadə həm də şagirdin dərsə marağını artırır, internetin imkanların səmərəli istifadə qaydalarını öyrədir. Mən create.kahoot.it WEB alətində hyazırladığım testi təqdim etdim. Təlim iştirakçılarının marağına səbəb oldu. Hətta iştirakçılar oyun xarakterli bu testdə iştirak etdilər. Hər bir iştirakçıya fərdi yanaşma və aktiv dinləmə bacarıqları üçün təlimçilərimizə minnətdaram.



İntel təliminin 7-ci günü




Modul:9-10

Artıq layihəmizin bir hissəsi olan şagird bloqunun hazırlanmasına başladıq. Şagirdlərin "Su həyatdır" layihəsi üzrə apardıqları araşdırmalar və əldə etdikləri nəticələr yaradılan bloqda hər biri öz əksini tapdı. Bununla da bloqda yayımlanan layihə haqqında olan bütün məlumatlar,şagirdlərin özləri ilə yanaşı digər həmyaşıdlarının da istənilən vaxt bu məlumatlardan yararlanma imkanı yaratdı. Hətta bu və buna oxşar layihələrin işlənməsində müəllimlər də bu blogu nümunə kimi göstərə, həmçinin faydalana bilərlər. Təqdimatlar, müzakirələr, yeni fikirlər yenə də gün boyu təlimin formatına uyğun şəkildə davam etdi.



İntel təliminin 8-ci günü




Modul:11

Bu hissədə fasilitasiya cədvəlini hazırladıq. Həmçinin hazırladığımız plan bir daha nəzərdən keçirildi. Portfoliomuzu qaydaya salmaq və lazım olan materialların tamamlanmasını yoxlamaq məqsədilə bütün sənədləri yoxladıq. Fasilədən sonra ev tapşırığının təqdimatı oldu. Mənə və Girami müəlliməyə verilən tapşırıq "Blum taksonomiyası ilə tanışlıq" idi. PowerPoint proqramında hazırladığımız təqdimatı müzakirə etdik və müəllim blogunda yerləşdirdik. Düşünürəm ki, "Gələcək üçün təhsil" təlim kursunun 10-cu versiyasında öyrəndiklərimiz bizim üçün çox yararlı olacaq.




İntel təliminin 9-cu günü




Modul:12

Bu gün təlimin sonuncu günü idi. Həm sevinirdik, həm də kədərlənirdik. Sevinirdik ki, yeni biliklər əldə etdik, yeni simalarla tanış olduq, təlimi uğurla başa vurduq. Kədərlənirdik ki, 9 gün bir auditoriyanı paylaşdığımız, artıq bizim üçün doğmalaşmış insanlardan ayrılırıq. Bu gün imtahan keçirildi. Nəticələri nə olacağını bilməsəm də, mənimçün ən önəmli olanı əldə etdim: yeni biliklər, yeni metodika, yeni tanışlıqıar.Layihədə əməyi keçən hər kəsə, başda layihə rəhbərləri olmaq şərtilə, təlimçilərimizə, mehriban və xoş ünsiyyətə görə iştirakçılara minnətdaram.Yeni layihələrdə görüşmək ümidilə...





Комментариев нет:

Отправить комментарий